Dekabr ayının pensiyaları VERİLDİ 

15:29 08.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

 

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

 

Yaxın günlərdə isə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.